Əsl Ermənistan haradır? - Paşinyandan hamını təəccübləndirən açıqlamalar
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsini “böyük problem və faciə” adlandırıb.
Bu barədə o, noyabrın 14-də parlamentdə çıxışı zamanı danışıb.
“Son illərdə mən Müstəqillik Bəyannaməsini dəfələrlə oxudum və dəhşətli nəticəyə gəldim. Bu Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu bizim ən böyük problemimiz və faciəmizdir.
İndi sual budur ki, əsl Ermənistan haradır və əsl Ermənistan vətəndaşı kimdir? Əsl vətəndaş vətənini bu yerdən kənarda axtarmır”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda guya gerçəkləşən qondarma soyqırımının tanınması”nı dəstəkləyir.
#Ermənistan teqi istifadə olunub
- Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
- Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
- Ermənistanın baş naziri Hessen Sülh Mükafatına layiq görülüb - ANA XƏBƏR
