Eyni məbləğdə yardım Azərbaycana da göstərilməlidir | Macarıstan rəsmisi
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişi alqışlayır.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında deyib.
“Şadıq ki, Azərbaycan və Ermənistan daha ciddi addımlar atıblar. Regionda sülh və sabitliyin bərqərar olmasını arzu edirik, hər iki xalq sülh şəraitində yaşamağa layiqdir. Macarıstan Avropa İttifaqında sədrliyi dövründə bu regionda bütün sülh təşəbbüslərini dəstəkləməyə davam edəcək”, – o vurğulayıb.
Nazirin sözlərinə görə, Macarıstan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz regionu ilə bağlı balanslaşdırılmış siyasət yürütməsinə və “alova yağ tökməməsinə” diqqət yetirəcək:
“Biz hesab edirik ki, Aİ minalardan təmizləmə üçün Ermənistana 10 milyon avro ayırmaq istəyirsə, Azərbaycana da oxşar yardım ayrılmalıdır”.
#Peter Siyarto teqi istifadə olunub
- SOCAR-da BYD-nin rəsmisi ilə görüş | Birgə həyata keçirilən layihələr barədə müzakirə - Baku TV
- Ukrayna ilə bağlı kritik qərarın səbəbi açıqlandı
- Dizel yanacağı ixracının dayandırılması barədə göstəriş verildi
- Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi
- Budapeşt Avropa İttifaqına meydan oxuyur
