Flora Qasımova: Süni şəkildə ermənilərin sayını artırır, azərbaycanlıları isə azaldırdılar
Yeniliklərdən dərhal xəbərdar olun
“İşğaldan əvvəl Xankəndidə 12-15 min arası azərbaycanlı yaşayırdı. Həmin dövrdə statistikanı elə verirdilər ki, dəqiq sayı bilmək olmurdu. Onlar süni şəkildə ermənilərin sayını artırır, azərbaycanlıları isə azaldırdılar”.
Bu sözləri “Yenisabah.az” saytına sabiq millət vəkili, əslən Xankəndidən olan Flora Qasımova deyib.
O, Xankəndidən olan azərbaycanlıların geri qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib:
“Həmin dövrdə Xankəndidə çox sayda sənaye müəssisələri, universitet, texnikumlar yaradıldı və Xankəndiyə yaxın rayonlardan ora axın başladı. Tələbələr, müəllimlər gəlirdi, Xankəndidə yaşayanlarla ailə quranlar, sonradan orada işləyənlər olurdu və qalırdılar. Ona görə dəqiq sayı deyə bilmirik. Mən bir dəfə statistikanı dəqiq öyrənməyə çalışdım, lakin mümkün olmadı, çünki bunu onlar özləri istədikləri kimi yazırdılar. Amma 12 mindən çox azərbaycanlının Xankəndidə yaşadığı dəqiqdir.
O ki qaldı, Xankəndiyə qayıtmaq məsələsinə, xankəndililər o günü uzun illərdir ki, gözləyirlər. Hətta Şuşa azad ediləndə öz qohumlarıma dedim ki, “Gedin Şuşada yaşayın”, amma hamısı dedi ki, “Xeyr, biz Xankəndini istəyirik”. Xankəndi xanın bünövrəsini qoyduğu kənddir, biz hamımız mütləq ora qayıtmalıyıq. İllərlə ermənilər “Artsax” deyə oranı təqdim edib torpaq iddiasında olublar. Biz o torpağa mütləq qayıtmalıyıq və qayıdacağıq da!”.
F.Qasımova Xankəndini tərk edən ermənilərin bir çoxunun vaxtilə əli qana bulanmış şəxslər olduğunu qeyd edib.
#Xankəndi teqi istifadə olunub
- Xankədidə hüquq mövzusundamühüm görüş | Fikir mübadiləsi aparıldı - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
- 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə
