Fransa 4 ölkənin ərazisini Ermənistana "verdi" | Aranı qarışdıran məsələ
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Lyon şəhərinin meri Qriqori Dusetin erməni atletlərlə bağlı paylaşımındakı xəritə Türkiyə ictimaiyyətində narazılıqla qarşılanıb.
Mer Fransada fəaliyyət göstərən Erməni Milli Yaddaş Mərkəzində keçirilən qondarma “erməni soyqırımı” tədbirinə qatılıb. O, tədbirdə erməni atletləri qəbul etməkdən qürur duyduğunu deyib, bunu iki xalq arasında qardaşlığı möhkəmləndirən amil kimi qiymətləndirib.
Q.Dusetin tədbirdən paylaşdığı fotonun fonunda iri ölçüdə saxta “böyük Ermənistan” xəritəsi yer alıb. Xəritədə Azərbaycan, Türkiyə, İran və Gürcüstan əraziləri “tarixi erməni torpağı” kimi təqdim edilib.
Sözügedən foto sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Merin bu addımı təxribat və ərazi iddiası kimi dəyərləndirilib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
