Pleyeri seçin:

Fransa Azərbaycana möhtacdır | Makron və Tokayevin görüşünün nəticəsi

08 noyabr 2024 506 baxış

Emmanuel Makronun yanlış siyasəti Fransanın enerji sektorunda ciddi böhranın yaranmasına səbəb olub.

Məsələ bundadır ki, dünyanın ən böyük atom enerjisi stansiyalarına malik Fransa bu stansiyaları fasiləsiz işlətmək üçün urana ehtiyac duyur.

Paris indiyə kimi bu uranı Afrikadan təmin edib. Ancaq rəsmi Parisin Afrika dövlətlərinə hələ də öz müstəmləkəsi kimi yanaşmasının nəticəsi olaraq bu ölkələrin Fransa ilə münasibəti pisləşib. Buna görə də Yelisey sarayı gözünü dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstana yönəldib. Fransa istifadə etdiyi enerjinin 63 faizini məhz atom elektrik stansiyaları hesabına əldə edir. Bu baxımdan yeni mənbələr tapmaq Paris üçün önəmlidir.

Prezident Emmanuel Makron qazax həmkarı Kasım-Jomart Tokayevin Parisə səfərində bu fürsətdən istifədə edib. E.Makronun K.J.Tokayevlə görüşü zamanı Fransanın EDF şirkətinin Qazaxıstanda Atom Elektrik Stansiyası tikmək niyyətindən bəhs edilib. Fransa Rusiya və Çinlə tikiləcək stansiyada birlikdə hərəkət etmək istəmir. Ancaq bu, olduqca çətin görünür.

K.J.Tokayev ölkəsinin balanslı siyasətini qorumaq üçün tikintidə bir neçə dövlətin iştirakını vacib sayır. Rusiyanın "Rosatom" şirkəti artıq Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı Qazaxıstan hökuməti ilə intensiv danışıqlar aparır. Eyni zamanda müxtəlif Çin şirkətləri də prosesdə aktiv şəkildə iştirak etmək istəyir.

Rusiya və Çin stansiyanın tikintisini birlikdə həyata keçirmək niyyətindədir. Ancaq Astana prosesdə Qərb dövlətlərinin də iştirakında maraqlıdır. Bu baxımdan Fransanın prosesdə iştirakı Qazaxıstan üçün əlverişlidir. Qazaxıstan 2023-cü ildə uran ixracından 2,46 milyard dollar gəlir əldə edib ki, bu da 2022-ci illə müqayisədə 3 dəfə çoxdur. 2024-cü ildə isə bu rəqəmin xeyli artacağı proqnozlaşdırılır.

Kasım-Jomart Tokayev Fransaya uran ixracını o halda mümkün sayır ki, bu prosesdə Orta Dəhliz layihəsindən istifadə edilsin. Qazaxıstan Prezidenti müzakirələr zamanı bu dəhliz barədə danışıb və layihənin əlverişliliyindən bəhs edib.

Əgər uranın Qazaxıstandan Fransaya nəqli Orta Dəhliz vasitəsilə mümkün olacaqsa, bu, Azərbaycan ərazisindən istifadə ediləcəyi deməkdir. Bu isə enerji təchizatını təmin etmək üçün Fransanın Azərbaycana möhtac olduğunu göstərir. Buna görə də rəsmi Parisin Bakı ilə münasibətləri korrektə etməsi vacibdir.

Sülh Sammitinin ildönümü | Bölgəni hansı yeni mərhələ gözləyir? - Baku TV

Sülh Sammitinin ildönümü | Bölgəni hansı yeni mərhələ gözləyir? - Baku TV

Siyasət
11 avqust 2026 506 baxış
Azərbaycan və Litva arasında hansı məsələlər müzakirə edildi? - Baku TV

Azərbaycan və Litva arasında hansı məsələlər müzakirə edildi? - Baku TV

Siyasət
10 avqust 2026 506 baxış
Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV

Siyasət
10 avqust 2026 506 baxış
Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Siyasət
10 avqust 2026 506 baxış
"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

Siyasət
10 avqust 2026 506 baxış
İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

Siyasət
10 avqust 2026 506 baxış
İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
10 avqust 2026 506 baxış
"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

Siyasət
10 avqust 2026 506 baxış
Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Siyasət
10 avqust 2026 506 baxış
Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Siyasət
09 avqust 2026 506 baxış
Seçilmişlər
icon