Pleyeri seçin:

Fransa Azərbaycandan nə istəyir?

12 oktyabr 2023 460 baxış

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Senatda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Xarici İşlər Nazirliyinin səsləndirdiyi iddialara dair şərhində deyilir.

Bildirilib ki, Fransa nazirinin Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Fransanın beynəlxalq təşkilatların rəyinin, hətta Ermənistan Baş nazirinin 21 sentyabr tarixli bəyanatının əksinə, öz məkrli və xəyalpərəst siyasətlərini davam etdirmək marağından çıxış etdiyini göstərir.

Həmçinin vurğulanır ki, öz qanlı müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir.

“Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, işğalçı qüvvələrin qeyd-şərtsiz, tam və dərhal çıxmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il ərzində icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Fransanın indi Azərbaycana qarşı qətnamə qəbuluna çağırış etməsi riyakarlıq nümunəsidir.

44 günlük Vətən müharibəsindən sonra son üç il ərzində Fransa tərəfi əsassız BMT Təhlükəsizlik Şurası təşəbbüsləri ilə çıxış etmək əvəzinə qanunsuz fəaliyyətə son qoyulması və erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması məqsədilə Ermənistana düzgün istiqamət versəydi, bu, bölgədə sülh və təhlükəsizliyə əsl töhfə olardı”, – şərhdə qeyd edilib.

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

Siyasət
10 sentyabr 2026 460 baxış
Diplomat kimin mesajını gətirib?

Diplomat kimin mesajını gətirib?

Siyasət
10 sentyabr 2026 460 baxış
ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? - Baku TV

ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? - Baku TV

Siyasət
10 sentyabr 2026 460 baxış
Azərbaycan BRICS seçimi qarşısında: iqtisadi imkan, yoxsa geosiyasi risk? - AKTUAL GÜNDƏM

Azərbaycan BRICS seçimi qarşısında: iqtisadi imkan, yoxsa geosiyasi risk? - AKTUAL GÜNDƏM

Siyasət
10 sentyabr 2026 460 baxış
Azərbaycan vasitəsilə Ermənistana daha nələr tədarük edildi? - Baku TV

Azərbaycan vasitəsilə Ermənistana daha nələr tədarük edildi? - Baku TV

Siyasət
10 sentyabr 2026 460 baxış
Azərbaycanla Türkiyə arasında yeni razılaşma | Bakının sülh sazişi üçün şərti - YENİ BİR SƏHƏR

Azərbaycanla Türkiyə arasında yeni razılaşma | Bakının sülh sazişi üçün şərti - YENİ BİR SƏHƏR

Siyasət
10 sentyabr 2026 460 baxış
Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Siyasət
09 sentyabr 2026 460 baxış
Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV

Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV

Siyasət
09 sentyabr 2026 460 baxış
Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV

Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV

Siyasət
09 sentyabr 2026 460 baxış
ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR

ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR

Siyasət
09 sentyabr 2026 460 baxış
Seçilmişlər
icon