Pleyeri seçin:

Fransa bir daha sübut etdi ki... | Kemi Seba bu səbəbə görə həbs edildi

16 oktyabr 2024 471 baxış

Neokolonializmlə fəal mübarizə aparan Kemi Seba Afrika ölkələrinin müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biridir. Həm də Fransa neokolonializminin əsas tənqidçilərindən sayılır.

K.Seba fikirlərini sərbəst şəkildə ifadə etdiyinə görə Fransa polisi tərəfindən həbs olunub.

Bir vaxtlar dünya demokratiyasına töhfələr verən Fransanın antidemokratik siyasətinə əslən afrikalı olan Kemi Seba da tuş gəlib.

Məlumata görə, K.Seba oktyabrın 15-də restoranda həmkarlarından biri ilə nahar edərkən saxlanılıb. O, Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə dəymiş ziyanla bağlı ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyinə və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyinə görə 2024-cü ildə Fransa vətəndaşlığından məhrum edilib.

Reallıq budur ki, Fransa öz gözündə tiri görməyib başqalarının gözündə çöp axtaran “qoca qitə”nin ümumiləşmiş obrazıdır.

Yəni bu ölkələr digər dövlətlərin insan hüquqlarını pozduğu, söz azadlığını heçə saymasını iddia edərək daxili işlərinə müdaxilə etməyə, hətta sanksiyalarla təhdid etməyə çalışır. Reallıqda isə vəziyyət necədir? Avropada etirazlar zorakılıqlarla basdırılır, insanların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul olunur, Kemi Seba kimi rasizmə məruz qalaraq həbsə atılır.

Nəticə etibarilə özünü dünyaya “demokratiya nümunəsi” kimi təqdim edən Fransanın öz vətəndaşlarının hüquq və azadlıqlarına münasibəti ortadadır.

Qeyd etdiyimiz kimi, bu ölkədə vətəndaşlara qarşı ən müxtəlif təzyiq üsullarına müraciət edilir, insanlar repressiyaya və zorakılığa məruz qalırlar.

Belə olan halda demokratik siyasi sistemə malik olduğunu iddia edən, dünyaya “demokratiya” dərsi keçməyə çalışan Fransa hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edir? Əslində bunun özü də böyük güclərin ikili standartlarından xəbər verir.

Banner
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 471 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 471 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 471 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 471 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 471 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 471 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 471 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 471 baxış
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV

Siyasət
09 noyabr 2026 471 baxış
Azərbaycan və Türkiyə ittifaqı Cənubi Qafqazda qüvvələr nisbətinin əsas dayağıdır - Baku TV

Azərbaycan və Türkiyə ittifaqı Cənubi Qafqazda qüvvələr nisbətinin əsas dayağıdır - Baku TV

Siyasət
09 noyabr 2026 471 baxış
Seçilmişlər
icon