Fransanın Cənubi Qafqaz planı: Qərb nədən narahatdır?
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə başçısının da dediyi kimi, Fransa bu gün Ermənistanı silahlandırmaqla regionda nəinki sülh və sabitliyin bərpasına mane olur, hətta yeni müharibənin başlaması üçün zəmin hazırlayır.
Əslində isə rəsmi Parisin addımları qərəzli və pozucu olsa da, təəccüb doğurmur. Çünki Fransa öz çirkin siyasətini məhz Ermənistan vasitəsilə Cənubi Qafqaza sirayət etdirmək istəyir. Yəni Qərbin İrəvan sevdası heç də real sevgidən irəli gəlmir. Bu ölkə müstəqil siyasət yürüdə bilmədiyi üçün bir növ həm də ondan istifadə uğrunda maraqların mübarizəsi gedir.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin ediləndən sonra Fransa da daxil olmaqla, bir sıra Qərb ölkələri Azərbaycanın regionda güclənməsindən narahatdır.
Həmin dövlətlər xüsusən də Rusiyanın təsirinin zəifləməsi fonunda bölgədə onun yerini tutmağa çalışırlar. Lakin Azərbaycan bu məsələdə qəti mövqeyini ortaya qoyub və Fransa kimi ölkələrin çirkin və məkrli planları bundan əvvəl olduğu kimi, yenə də fiaskoya uğrayacaq.
Təbii ki, bölgədə sülh və sabitlik rəsmi Bakının yürütdüyü uğurlu siyasətlə bərabər, həm də İrəvanın sülh çağırışlarına cavab verməsi fonunda bərpa olacaq. Bu prosesə isə ölkəmizin iradəsindən kənar heç bir qüvvə maneə ola bilməz. Çünki Azərbaycanın bütün addımları beynəlxalq hüququn norma və prinsiplərinə uyğun atılır.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
