Pleyeri seçin:

“Gələcəyin Sammiti”ndə neçə ölkə bəyanata imza atdı? | Nələr müzakirə edildi?

26 sentyabr 2024 394 baxış

20-24 sentyabr 2024-cü il tarixində Nyu-Yorkda – BMT-nin Baş Qərargahında keçirilən “Gələcəyin Sammiti”nin iştirakçıları olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri COP29-a ev sahibliyi edən Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm töhfəsini vurğulayan, inklüzivliyi müdafiə edən bəyanatla çıxış edib.

Bəyanata 22 ölkədən 44 QHT nümayəndəsi imza atıb.

“COP29-a doğru irəlilədiyimiz bu günlərdə müzakirələrimizdə və fəaliyyətlərimizdə inklüzivliyi prioritetləşdirmək vacibdir. Qərarqəbuletmə proseslərində bütün tərəflərin mənalı iştirakı 2030 – Davamlı İnkişaf Gündəliyinin irəliləməsi üçün əsasdır. İqlim dəyişmələri hamımıza təsir etsə də, onun nəticələri əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha çox zərər vurur. Buna görə də bu qrupların səsləri yalnız eşidilməməli, həm də onlar siyasət və nəticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Bu, gənclərin, qadınların və digər öndə olan qrupların təmsilçiliyinin artırılmasını da əhatə edir.

Vətəndaş cəmiyyəti təşkilatları bu səslərin gücləndirilməsində mühüm rol oynayır. Biz müzakirə edən tərəfləri COP29-da inklüzivliyi prioritetləşdirməyə və həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etməyə çağırırıq. Sözügedən həllər həm də iqlim böhranının təcili xarakterini əks etdirməklə təxirəsalınmaz və praktik olmalıdır.

Biz xüsusilə dünyada iqlim dəyişmələrinin təsirləri ilə mübarizə aparan, uyğunlaşmaq üçün məhdud resurslara malik olan həssas icmalarla həmrəylik nümayiş etdiririk. Bundan əlavə, biz qadınlar və qızlar daxil olmaqla, həssas qrupların və digər əsas maraqlı tərəflərin səslərinin iqlim müzakirələrinin mərkəzində olmasını təmin etmək üçün COP29 öncəsi, zamanı və sonrasında yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq.

İndi qətiyyətli addımlar atmağın vaxtıdır və biz bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırıq ki, öhdəlikləri konkret nəticələrə çevirək. Gəlin bütün insanların hüquqlarına hörmət edən və gələcək nəsillər üçün planetimizi qoruyan davamlı bir gələcək inşa edək”, – bəyanatda deyilir.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 394 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 394 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 394 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 394 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 394 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 394 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 394 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 394 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 394 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 394 baxış
Seçilmişlər
icon