“Gülüstan” sarayında Vyetnam rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq
Prezident İlham Əliyev “Gülüstan” sarayında təşkil olunmuş Vyetnam rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub.
Sərgidə Vyetnamın məşhur rəssamlarının fırçasından çıxmış müxtəlif mövzularda çəkilmiş sənət nümunələri nümayiş etdirilib. Əsərlərdə ölkənin milli irsi, təbiəti, gündəlik həyat tərzi və tarixi motivlər əks olunub.
Dövlət başçısına məlumat verilib ki, sərginin keçirilməsində məqsəd Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun təşviq olunmasıdır.
Prezident İlham Əliyev nümayiş etdirilən rəsm əsərlərinə baxaraq onların sənət estetikası və məzmun dəyəri barədə fikirlərini bölüşüb.
Sərgi çərçivəsində Azərbaycan və Vyetnam arasında mədəni əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - Baku TV
- İlham Əliyevin Kambocanın Baş naziri ilə görüşü barədə detallar - Baku TV
- Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlardan danışıb - Baku TV
- Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV
- Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV
