Hakan Fidan Bakıdan atəşkəs çağırışı etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qəzzada insanlıq faciəsi davam edir”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“BMT Baş Assambleyasında atəşkəslə bağlı son səsvermədə 153 ölkə Qəzzada atəşkəsi dəstəkləyib. Daha əvvəl Qəzzada atəşkəs çağırışına bitərəf qalan və ya əleyhinə səs verən bir çox ölkənin Fələstinin yanında olmağa qərar verdiyini gördük.
Bu, beynəlxalq ictimaiyyətin zülmə son qoymaq iradəsini açıq şəkildə nümayiş etdirir. İsraili dəstəkləyənlər bu vəziyyəti yaxşı başa düşməlidirlər. Lakin bu, kifayət deyil. ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara daha çox mane olmamasını gözləyirik. Qəzzada atəşkəsə yalnız ABŞ mane olur", – deyə o vurğulayıb.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
