Pleyeri seçin:
Hakan Fidan üçtərəfli görüşdə Ukrayna-Rusiya müharibəsindən danışdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsindən danışarkən Qara dənizin demilitarizasiyasına çağırıb.
O, çağırışını martın 15-də Bakıda "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib.
"Qara dənizi silahlardan azad etməliyik", – nazir vurğulayıb.
Onun sözlərinə görə, müharibələrdən əvvəl Qara dənizdə sakitlik hökm sürürdü:
"Müharibədən sonra isə hərbləşmə başladı. Biz Rusiya-Ukrayna müharibəsində "Taxıl saziş"inə nail olduq. Taxıl və digər malların Qara dəniz vasitəsilə daşınmasına şərait yaradılmalıdır. Regionda Qara dənizin rolu itməməlidir. Hərbləşmə region ölkələr üçün təhlükəlidir".
Kopyalandı
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
