Pleyeri seçin:
Həbslər başlayır? | İrandan güney azərbaycanlı fəallara təhdid
İran təhlükəsizlik məmurları güney azərbaycanlı bloger və sosial media fəallarını təhdid edirlər.
Bu barədə yerli sosial media fəalları paylaşım edib. Bildiriblər ki, bir neçə şəhərdə Təhlükəsizlik və Kəşfiyat Nazirliyinin yerli bölmələri fəallara zəng edib, onlara tövsiyələr veriblər.
Fəallardan milli məzmunlu marş, mahnı və materialların paylaşımını məhdudlaşdırmaq tələb edilib.
“Təhlükəsizlik məmurları Azərbaycan Respublikasından olan media və sosial media nümayəndələri ilə əlaqə saxlamamağa çağırıblar”, – güneyli fəallar bildiriblər.
Onların sözlərinə görə, məmurlar fəalları qeyd olunan məsələlərə diqqət etmədikləri təqdirdə məsuliyyətə cəlb olunacaqları ilə hədələyiblər.
Kopyalandı
#İran teqi istifadə olunub
- Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI
- Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV
- Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
