Pleyeri seçin:

Heydər Əliyevin həyata keçirdiyi tarixi missiya | Baykal-Amur Magistralı - ARAŞDIRMA

10 may 2024 427 baxış

Öz dövrünün ən nəhəng logistika layihəsi kimi ərsəyə gələn Baykal-Amur Magistralı insan fədakarlığının təcəssümü idi.

Coğrafi baxımdan ölkəmizdən xeyli uzaqlarda yerləşən bu dəmiryolu marşrutunun gerçəyə çevrilməsində azərbaycanlıların əməyi danılmazdır.

BAM-ın reallaşdırılmasında xüsusi xidmətləri olan bir azərbaycanlı da Ulu Öndər Heydər Əliyevdir.

Onunla çiyin-çiyinə çalışanlar etiraf edirlər ki, belə böyük bir layihənin öhdəsindən gəlmək və onu başa çatdırmaq Heydər Əliyevin iradəsi sayəsində mümkün idi. O nəinki magistralın problemləri ilə məşğul idi, hətta fəhlələrin nə ilə və necə qidalanmaları, evlərinin isti olub olmaması, uşaqlarının məktəbə rahat getməsi ilə də maraqlanırdı.

Qeyd edək ki, o zaman Heydər Əliyev həm də Sovet İttifaqının bütün növ nəqliyyat – hava nəqliyyatından tutmuş avtomobil nəqliyyatına qədər xalq istehlakı mallarına nəzarət və bütün sosial sahələrə rəhbərlik edirdi. Üstəlik, təqaüdçülərin problemləri, səhiyyə, elm, mədəniyyət və idman məsələləri də Heydər Əliyevin nəzarətində idi.

Maraqlı məqamlardan biri də odur ki, BAM da azərbaycanlılar iki qəsəbə inşa ediblər. Bunlar Anqoya və Ulkan adlı qəsəbələrdir. Buradakı memarlıq üslubu da Azərbaycanı xatırladır. Anqoyadakı dəmiryolu vağzalı 2008-ci ildən Ulu Öndər Heydər Əliyevin adını daşıyır.

Rusiyanın Şərqi ilə Qərbini birləşdirən, Sakit okean sahillərinə qədər uzanan strateji əhəmiyyətə malik olan magistral vacibliyini indi də qoruyub saxlayır. İllər keçəcək, Sibirin, uzaq Şərqin qoynundan keçən magistral yol öz aktuallığını itirməyəcək.

Heydər Əliyev imzası ilə gerçəkləşən bir çox layihələr kimi, bu unikal tikinti də insanlara və dövlətlərə xeyir, mənfəət və ümid bəxş edəcək.

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

Siyasət
20 sentyabr 2026 427 baxış
Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 427 baxış
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Siyasət
20 sentyabr 2026 427 baxış
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Siyasət
20 sentyabr 2026 427 baxış
XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

Siyasət
20 sentyabr 2026 427 baxış
Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Siyasət
20 sentyabr 2026 427 baxış
30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 sentyabr 2026 427 baxış
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 sentyabr 2026 427 baxış
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 sentyabr 2026 427 baxış
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 427 baxış
Seçilmişlər
icon