Hikmət Hacıyev dezinformasiyalara belə cavab verdi | Bu xəbərlərə inanmayın!
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın Rusiya təbii qazını Qərbə satmağına dair iddialar açıq-aydın dezinformasiyadır. Azərbaycan Rusiya qazını Qərbə satmır”.
Bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu çərçivəsində Azərbaycana həsr olunan paneldə danışıb.
O bildirib ki, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı Azərbaycana qarşı çox sayda yalan informasiyalar yayılsa da, süni intellektin də köməyi ilə dezinformasiyalara qarşı mübarizə aparılıb.
Prezidentin köməkçisi vurğulayıb ki, müharibənin bitməsinə baxmayaraq, Azərbaycana qarşı “feyk nyus” siyasəti davam etdirilir. Qarayaxma kampaniyalarının Bakıda keçirilən COP29 ərəfəsində də geniş yayıldığı forum iştirakçılarının diqqətinə çatıdırlıb.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
