Pleyeri seçin:

Hikmət Hacıyev Ermənistanın iddialarına belə cavab verdi

26 iyun 2024 644 baxış

Ermənistan Təhlükəsizlik Şurasının katibinin açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyi iddiasına cavabında bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan Ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib, mütləq hərbi qələbə qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoyub və bu ölkəni kapitulyasiya aktını imzalamağa məcbur edib:

"Ermənistan rəhbərliyi ordu sıralarında 10 min nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan Ordusunun qalıqları tərk-silah edilib və Qarabağ tam azad edilib. Ümumən Ermənistan Ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilib və ya qənimət götürülüb.

Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror əməliyyatı bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir”.

Hikmət Hacıyev təəssüflə bildirib ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür.

“Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”, – deyə Prezidentin köməkçisi bildirib.

Azərbaycan-Ermənistan sülh prosesi: Vaşinqton görüşünün bir illik nəticələri - Baku TV CANLI

Azərbaycan-Ermənistan sülh prosesi: Vaşinqton görüşünün bir illik nəticələri - Baku TV CANLI

Siyasət
07 avqust 2026 644 baxış
Vaşinqtondan başlayan sülh yolu | Bir il sonra regionda nələr dəyişdi? - Baku TV

Vaşinqtondan başlayan sülh yolu | Bir il sonra regionda nələr dəyişdi? - Baku TV

Siyasət
07 avqust 2026 644 baxış
Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı kimə qarşı yönələcək? - AKTUAL GÜNDƏM

Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı kimə qarşı yönələcək? - AKTUAL GÜNDƏM

Siyasət
07 avqust 2026 644 baxış
Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV

Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV

Siyasət
07 avqust 2026 644 baxış
Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Siyasət
07 avqust 2026 644 baxış
Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Siyasət
07 avqust 2026 644 baxış
Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Siyasət
07 avqust 2026 644 baxış
Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Siyasət
06 avqust 2026 644 baxış
Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Siyasət
06 avqust 2026 644 baxış
"Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

"Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

Siyasət
06 avqust 2026 644 baxış
Seçilmişlər
icon