Hikmət Hacıyev İrəvanla əlaqələrdən danışdı | Açıq qalan məsələlər barədə hansı işlər görülür?
Yeniliklərdən dərhal xəbərdar olun
“Artıq iki ölkə arasında müharibə faktoru yoxdur və Ermənistan qoşunları ərazilərimizdən çıxarılıb. İki ölkə arasında müəyyən açıq qalan mübahisə xarakterli məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh məsələsi artıq rutin xarakter daşıyan bir prosesdir:
“Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib. Ermənistanın işğalçı qüvvələri Azərbaycan Respublikasının ərazisindən çıxarılıb. Bu kimi məsələlər artıq işçi səviyyədə davam edən bir prosesdir”.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
