Hikmət Hacıyev liderlərin Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi ‒ Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı “X” hesabında paylaşım edib.
Hikmət Hacıyev yazıb: “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o, sülhü qazandı”.
Qeyd edək ki, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir. Səfərin gündəliyinin əsasını iki istiqamət təşkil edir: Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinin inkişafı və Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi.
Mütəxəssislər qeyd edirlər ki, avqustun 8-də İlham Əliyev ilə Nikol Paşinyan Ağ Evdə bir sıra sənədlər imzalayacaqlar. Birgə Bəyannamə ilə münasibətlərin tam normallaşması rəsmiləşdiriləcək. Azərbaycan və Ermənistan xarici işlər nazirləri aylardır müzakirə olunan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqlar.
Bundan başqa, ABŞ Prezidenti Donald Trampın Azərbaycanla bağlı məhdudiyyətləri nəzərdə tutan 907-ci düzəlişin qüvvəsinin dayandırılması barədə sənədə də avqustun 8-də imza atacağı bildirilir. Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ediləcək. Sülh sazişinin əsas hissəsi olan “Tramp marşrutu” ilə maneəsiz əlaqənin təmin edilməsi də avqustun 8-də müzakirə mövzularından biri olacaq.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
