Hikmət Hacıyev "TRT World" telekanalına müsahibə verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəminin təbliği istiqamətində səmərəli və konstruktiv əməkdaşlıq kimi qiymətləndirilib.
“Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var”, – deyə H.Hacıyev bildirib.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
