Hikmət Hacıyevdən Ağdam-Xankəndi yolu ilə bağlı paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi ayrıca bir razılaşmadır və Beynəlxalq Qızıl Xaç Komitəsinin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır”.
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.
"Reuters", "Politico" və BBC daxil olmaqla beynəlxalq jurnalistlərin çoxsaylı sorğularına cavab olaraq aşağıdakılara aydınlıq gətirmək istəyirəm:
Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoşniyyətli addım kimi razılığını bildirib. Lakin qanunsuz rejim bundan imtina edib.
Bununla belə, “Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.
Yalan və uydurma seçkilər, ya da “seçimi” ciddi uğursuzluq və əks-məhsuldar adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur", – deyə o paylaşımında qeyd edib.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
