Hikmət Hacıyevdən Qarabağ erməniləri ilə bağlı paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
"İndiyədək Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə ərzaq yardımı çatdırılıb və bundan sonra da davam etdiriləcək".
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, paylaşımda yardımların detallı statistikasına yer verilib. Məlumata görə, Qarabağın erməni sakinlərinə sentyabrın 22-də ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9600 uşaq bezi olub.
Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı yer alıb. Sentyabrın 25-də Xankəndidəki partlayışda əziyyət çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib.
Sentyabrın 26-da isə 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 34 ton dizel yanacağı, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
