Hikmət Hacıyevdən Rusiya ilə bağlı mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.
Onun sözlərinə görə, bu, artıq yaxşı ənənəyə çevrilib: “Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək edib”.
H.Hacıyev qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı anlaşma sayəsində mümkün olub:
“Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə əlaqələri var”.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
