Pleyeri seçin:

İlham Əliyev Anqlikan kilsəsinin dini rəhbərini qəbul edib

02 oktyabr 2023 453 baxış

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edib.

Qonağı salamlayan dövlət başçısı onun səfərinin əhəmiyyətinə toxunub.

Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Qonaq Azərbaycanın multikulturalizm və konfessiyalararası dialoqda rolunu qeyd edib, Vatikanla Azərbaycan arasındakı əlaqələrə toxunub. Vatikanda katakombaların bərpası işinə ölkəmizin töhfəsini yüksək qiymətləndirib.

Dövlət başçısı müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərə toxunaraq həmin dövrdə ərazimizin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, iqtisadi-siyasi böhranın hökm sürməsi, iqtisadi sahədə tənəzzülün və daxili qeyri-sabitliyin yaşanmasından danışıb.

Azərbaycanın sülh müqaviləsi ilə bağlı təşəbbüslə çıxış etdiyini bir daha vurğulayan Prezident İlham Əliyev sülh gündəliyinin irəli aparılması üçün regionda tarixi imkanların və fürsətlərin yarandığını bildirib, hazırda ölkəmizin bu istiqamətdə göstərdiyi səylərə toxunub.

Azərbaycan Prezidenti antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edildiyini vurğulayıb, miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə yerində xidmətlər göstərildiyini diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycan Prezidentinin Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb.

Prezident İlham Əliyev Qranadada keçiriləcək qarşıdan gələn görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə edib.

Qonaq bu cür postmünaqişə şəraitində etimad quruculuğu və etnik barışığın vacib olduğunu deyərək bununla bağlı öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. Söhbət zamanı etnik barışığın və vətəndaş cəmiyyəti təşkilatlarının rolu qeyd edilib.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 453 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 453 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 453 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 453 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 453 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 453 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 453 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 453 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 453 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 453 baxış
Seçilmişlər
icon