İlham Əliyev BMT-nin İnkişaf Proqramının Administratorunu qəbul etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştayneri qəbul edib.
Axim Ştayner COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın sədrliyi münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, BMT-nin İnkişaf Proqramı COP29-un keçirilməsi istiqamətində Azərbaycan ilə əməkdaşlığa hazırdır.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Qonaq Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında Azərbaycanla UNDP arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun olaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsində BMT-nin İnkişaf Proqramının sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası haqqında məlumat verib, yaşıl keçidin ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Dövlət başçısı Azərbaycanın bərpaolunan və yaşıl enerji potensialının 200 qiqavatdan artıq olduğunu və yaxın müddətdə Azərbaycanın 5 meqavat gücündə bərpaolunan enerji resursu istehsal etmək imkanı olacağını deyib.
Bu xüsusda Azərbaycanın Xəzər dənizini və Qara dənizi birləşdirən bərpaolunan yaşıl enerji dəhlizinin formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyini və bu istiqamətdə region ölkələri ilə birgə əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
