İlham Əliyev Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası ilə bağlı fərman imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə Fərmanda əksini tapıb.
Dövlət başçısının imzaladığı Sərəncamla Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi də təsdiqlənib. Sənədə əsasən, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təsdiq edilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Müşahidə Şurasının üzvləri təsdiq edilib.
Prezident İlham Əliyev həmçinin Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
#Dövlət İmtahan Mərkəzi teqi istifadə olunub
- Bu 3 məlumatı heç kimlə paylaşmayın | DİM-dən kibertəhlükəsizlik xəbərdarlığı - Baku TV
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- Əzbər bilik, yoxsa real bacarıq?
- PISA tipli tapşpırıqlar imtahanlarda nə zamandan tətbiq edilə bilər? - Baku TV
- İxtisas seçimi yekunlaşdı: Vakant qalan yerlərin faizi açıqlandı - Baku TV
