Pleyeri seçin:
İlham Əliyev İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.
Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulanıb.
Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib. Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olunub.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
