Pleyeri seçin:

İlham Əliyev Pakistanın səfirinin etimadnaməsini qəbul edib

05 avqust 2024 525 baxış

Prezident İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib.

Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Prezident ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını deyib, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğulayıb.

Dövlət başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğulayıb.

Dövlət başçısı Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirib.

Prezident preferensial ticarət sazişinin önəmini qeyd edərək, bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini vurğulayıb.

Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirib.

Dövlət başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğulayıb. Prezident səfir Qasım Mohiuddinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Banner
Xancığazdan Şəkiyə uzanan köç yolu: sakinlər hansı çətinliklərlə üzləşdilər? - Baku TV

Xancığazdan Şəkiyə uzanan köç yolu: sakinlər hansı çətinliklərlə üzləşdilər? - Baku TV

Siyasət
10 oktyabr 2026 525 baxış
Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV

Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV

Siyasət
10 oktyabr 2026 525 baxış
Xancığaz kəndinin tarixi Azərbaycan əhalisi haqqında hansı məlumatları üzə çıxarır? - Baku TV

Xancığaz kəndinin tarixi Azərbaycan əhalisi haqqında hansı məlumatları üzə çıxarır? - Baku TV

Siyasət
10 oktyabr 2026 525 baxış
Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Siyasət
10 oktyabr 2026 525 baxış
Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Siyasət
10 oktyabr 2026 525 baxış
"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

Siyasət
10 oktyabr 2026 525 baxış
Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Siyasət
10 oktyabr 2026 525 baxış
Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Siyasət
10 oktyabr 2026 525 baxış
Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Siyasət
09 oktyabr 2026 525 baxış
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Siyasət
09 oktyabr 2026 525 baxış
Seçilmişlər
icon