İlham Əliyev, Paşinyan, Lukaşenko... | Moskvadakı tədbirdə kimlər iştirak edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada mayın 9-da keçiriləcək Qələbənin 80-ci ildönümünə 19 ölkənin lideri qatılacaq.
MDB ölkələrinin liderləri ilə yanaşı, Braziliya, Kuba və Serbiya prezidentləri, eləcə də Çin və Slovakiya rəhbərləri də Moskva şəhərində olacaq.
Rəsmi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Venesuela Prezidenti Nikolas Maduro, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Burkino-Faso Prezidenti İbrahim Traore və Vyetnam Prezidenti To Lam, Çin Xalq Respublikasının sədri Si Cinpin, Qırğızıstan Prezidenti Sadır Japarov, Kuba Prezidenti Migel Dias-Kanel, Serbiya Prezidenti Aleksandr Vuçiç, həmçinin Slovakiyanın Baş naziri Robert Fitso, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ‒ İmaməli Rəhman, Sərdar Berdiməhəmmədov və Şövkət Mirziyoyev tədbirdə iştirak edəcəklər.
Hindistanın Baş naziri Narendra Modi və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux dəvət alıblar, lakin onlar hələ iştiraklarını təsdiqləməyiblər.
Qeyd edək ki, SSRİ və Rusiyada ümumilikdə 34 dəfə Qələbə Paradı keçirilib. Sovet dövründə bu paradlar 1945, 1965, 1985 və 1990-cı illərdə təşkil edilib. 1995-ci ildən sonra 9 May ‒ Böyük Vətən müharibəsinin 50 illiyinə həsr olunmuş paradla bağlı qanun qəbul edilib və bu paradlar xarici liderlərin iştirakı ilə keçirilməyə başlanıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
