İlham Əliyev Qarabağdakı separatçılara son şans verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin Qarabağdakı separatçı rejimə ultimatum verməsi, onların ağ bayraq qaldırmaqdan, Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu qalmadığını bir daha göstərdi. Çünki cinayətkar rejimin ərazilərimizdəki qanunsuz əməllərinə heç vaxt göz yummamışıq və bundan sonra da göz yummayacağıq. Onlara ancaq bir şərtlə güzəştə gedə bilərik. Dövlət başçısının da dediyi kimi, silahı yerə qoyub, təslim olsalar.
Təbii ki, Azərbaycan sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərinə də gec-tez nəzarəti bərpa edəcək. Bu baxımdan, dinc erməni əhalisini aldadan, onları öz girovuna çevirən "rejim" buraxılmalı, qondarma rəhbər təslim olmalıdır. Yalnız bu halda yeni səhifənin açılması üçün rəsmi Bakı Qarabağdakı ermənilərə növbəti dəfə humanizm əlini uzada bilər.
Bir sözlə, Qarabağdakı kriminal ünsürlərin kitabı artıq bağlanıb və bu mesaj onlar üçün sonuncu fürsətdir. Bu məqamdan yararlanmaq isə dalana dirənən ermənilər üçün ən optimal variantdır. Çünki Azərbaycan gərginliyin yox, sülhün və əmin-amanlığın tərəfdarıdır.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
