Pleyeri seçin:

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

08 fevral 2024 265 baxış

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Seçkilərdə inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatı adından təbriklərini çatdıran Kubanıçbek Ömüralıyev təşkilatın geniş müşahidə missiyası ilə bu seçkiləri müşahidə etdiklərini, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşada, Xankəndidə və azad edilmiş digər ərazilərdə olduqlarını, TDT ailəsinə daxil olan başqa təsisatlarla əlaqələndirilmiş şəkildə bu seçki prosesini müşahidə etdiklərini vurğulayıb. Qonaq seçkilərin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu qeyd edib.

TDT-nin Baş katibi şanlı Qarabağ Zəfəri və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə əlaqədar Azərbaycan xalqının bu seçkilərdə xüsusi əhvali-ruhiyyə ilə seçki hüquqlarından istifadə etdiklərini deyib.

Kubanıçbek Ömüralıyev qeyd edib ki, bu gün TDT-nin müşahidə missiyasının mətbuat konfransı olacaq və missiya seçkilərlə bağlı müşahidələrinin nəticələrini bəyan edəcək.

Prezident İlham Əliyev TDT-nin müşahidə missiyasının bütün üzvlərinə seçkiləri müşahidə etdiklərinə görə minnətdarlığını bildirib.

Kubanıçbek Ömüralıyev qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinə və tərəfdaşlığın daha da yüksəlməsinə daim öz töhfələrini verir.

Görüşdə bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd edilib. Təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırılıb.

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

Siyasət
23 iyun 2026 265 baxış
Qərb niyə Bakı ilə sülh sazişini deyil, sərhədin açılmasını önə çəkir? - AKTUAL GÜNDƏM

Qərb niyə Bakı ilə sülh sazişini deyil, sərhədin açılmasını önə çəkir? - AKTUAL GÜNDƏM

Siyasət
23 iyun 2026 265 baxış
Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Siyasət
23 iyun 2026 265 baxış
Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Siyasət
23 iyun 2026 265 baxış
ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 iyun 2026 265 baxış
AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

Siyasət
22 iyun 2026 265 baxış
Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Siyasət
22 iyun 2026 265 baxış
Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Siyasət
22 iyun 2026 265 baxış
Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Siyasət
22 iyun 2026 265 baxış
Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Siyasət
22 iyun 2026 265 baxış
Seçilmişlər
icon