Pleyeri seçin:

İlham Əliyev WUF13 tədbirinə dəvət olunan Şavkat Mirziyoyevlə nələri müzakirə etdi? - Baku TV

18 may 2026 223 baxış

Prezident İlham Əliyev mayın 18-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Dövlət başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirib və qeyd edib ki, Özbəkistan Prezidentinin burada olması dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.

Şavkat Mirziyoyevlə görüşlərini xatırladan Prezident İlham Əliyev bu görüşlər əsnasında müzakirə olunmuş layihələrin həyata keçirildiyini deyib.

Dövlət başçısı Bakıda Özbəkistan parkının inşasını da qeyd edib.

Dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi münasibətilə dövlət başçısını təbrik edib, bu tədbirin şəhərsalma mövzusuna həsr olunan mühüm qlobal məsələlərin müzakirəsinə imkan yaratdığını vurğulayıb və dəvətə görə təşəkkür edib.

Ölkəmizə hər səfərində inkişafın şahidi olduğunu deyən Özbəkistan Prezidenti Azərbaycanın Qarabağda yeni şəhərlər və kəndlər saldığını məmnunluqla vurğulayıb və bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlar kimi qiymətləndirib.

Şavkat Mirziyoyev deyib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar, Vətən müharibəsində qazanılan Qələbə Prezident İlham Əliyevin səylərinin və Vətənə, xalqa sevgisinin nəticəsidir.

Xoş sözlərə görə təşəkkür edən dövlət başçısı Qarabağın bərpasında Özbəkistan Prezidentinin göstərdiyi dəstəyi qeyd edib. Bu xüsusda vurğulanıb ki, Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Qarabağın bərpası prosesində ilk hədiyyə olub. Prezident İlham Əliyev bunu qardaşlığın, dəstəyin və həmrəyliyin təcəssümü kimi qiymətləndirib.

Söhbət zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə səfərləri, həmçinin görüşləri məmnunluqla xatırlanıb.

Dövlət başçılarının verdikləri tapşırıqlara uyğun olaraq iki ölkə arasında həyata keçirilən iqtisadi layihələr bir daha nəzərdən keçirilib, onların icrasından məmnunluq ifadə olunub. Bu xüsusda energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma sənayesi, əczaçılıq və digər sahələrdə olan layihələrə toxunulub.

Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik xarakteri daşıdığı vurğulanaraq bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Azərbaycanın PUA istehsalındakı üstünlüyü xarici medianın diqqətini çəkdi - Baku TV

Azərbaycanın PUA istehsalındakı üstünlüyü xarici medianın diqqətini çəkdi - Baku TV

Siyasət
04 iyul 2026 223 baxış
Cənubi Qafqaz uğrunda böyük savaş: Rusiya, Avropa və İran hərəkətdə - AKTUAL GÜNDƏM

Cənubi Qafqaz uğrunda böyük savaş: Rusiya, Avropa və İran hərəkətdə - AKTUAL GÜNDƏM

Siyasət
04 iyul 2026 223 baxış
İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib - Baku TV

İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib - Baku TV

Siyasət
04 iyul 2026 223 baxış
Yüksək etimadın arxasında dayanan siyasi, hərbi və iqtisadi nəticələr - Baku TV

Yüksək etimadın arxasında dayanan siyasi, hərbi və iqtisadi nəticələr - Baku TV

Siyasət
03 iyul 2026 223 baxış
Cənubi Qafqaz uğrunda böyük oyun: Brüsselin gizli hədəfləri nələrdir? - AKTUAL GÜNDƏM

Cənubi Qafqaz uğrunda böyük oyun: Brüsselin gizli hədəfləri nələrdir? - AKTUAL GÜNDƏM

Siyasət
03 iyul 2026 223 baxış
Ermənistana növbəti tədarük | Azərbaycan vasitəsilə nələr yollanıldı? - Baku TV

Ermənistana növbəti tədarük | Azərbaycan vasitəsilə nələr yollanıldı? - Baku TV

Siyasət
03 iyul 2026 223 baxış
Paşinyan Türkiyə və Azərbaycanla bağlı açıqlama verdi - Baku TV

Paşinyan Türkiyə və Azərbaycanla bağlı açıqlama verdi - Baku TV

Siyasət
03 iyul 2026 223 baxış
Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub

Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub

Siyasət
02 iyul 2026 223 baxış
3 milyard dollarlıq formul: ABŞ sanksiyaları yumşaldır, yoxsa nəzarəti gücləndirir? - AKTUAL GÜNDƏM

3 milyard dollarlıq formul: ABŞ sanksiyaları yumşaldır, yoxsa nəzarəti gücləndirir? - AKTUAL GÜNDƏM

Siyasət
02 iyul 2026 223 baxış
Türkiyənin ədliyyə naziri Akın Gürlek Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Türkiyənin ədliyyə naziri Akın Gürlek Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
02 iyul 2026 223 baxış
Seçilmişlər
icon