İlham Əliyevin rəsmi İrəvandan haqlı tələbi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşü zamanı verdiyi mesaj kifayət qədər aydın idi.
Rəsmi İrəvan sülh istəyirsə, o zaman öz Konstitusiyasında, Müstəqillik Bəyannaməsində, eləcə də digər normativ-hüquqi sənədlərdə tez bir vaxtda dəyişikliklər etsin. Bəli, dövlət başçısının bu mövzudakı qətiyyətli mövqeyi qalib tərəfin məğlub tərəfdən haqlı tələbidir.
Elə qarşı tərəf də mesajı almış görünür. Yəqin bu səbəbdəndir ki, Ermənistanda Konstitusiyada və gerbdə dəyişikliklər edilməsi məsələsi gündəmə gəlib. Hətta Baş nazir Nikol Paşinyan da etiraf edir ki, Ermənistanın mövcud Müstəqillik Bəyannaməsi sülhə maneədir.
Politoloq Zaur İbrahimli bildirib ki, əgər bu doktorinal sənədlərdə hər hansı ərazi iddiası irəli sürülürsə, əlbəttə ki, sülhdən söhbət gedə bilməz:
“Ermənilər, ilk növbədə, öz doktorinal sənədlərindən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxarmalıdırlar. Bu, Emənistana etimad məsələsidir. Əgər Ermənistan sülh danışıqlarına sadiqliyini nümayiş etdirmək istəyirsə, dinc birgəyaşayışı əsas ideya kimi qəbul edirsə, erməni cəmiyyəti də buna hazırdırsa, bunlar konkret addımlarda öz təcəssümünü tapmalıdır”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
