İran Ermənistana müdaxiləyə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyətinin son davranışlarının təhlili onu göstərir ki, ölkənin hazırkı elitasının gələcəyə aydın baxışlara malik olan idarəetmə strategiyası mövcud deyil.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilib. Qeyd olunub ki, Cənubi Qafqazdakı partlayışa həssas vəziyyət Ermənistan hakimiyyəti və bütövlükdə dövlətçiliyi üçün təhdid yaratmaqda davam edir. Lakin bu təhdid Azərbaycan, Rusiya və ya Avropa ölkələri tərəfindən deyil, ilk növbədə İrandan gəlir.
Belə ki, məhz İran rəsmiləri ən yüksək səviyyədə, hətta Ermənistanın belə razılaşdığı Zəngəzur dəhlizinə qarşı çıxır, bu layihənin reallaşmasının qarşısını almaq üçün ən sərt tədbirlərə əl atacaqlarını bəyan etməkdən belə çəkinmirlər.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, İran və Ermənistan artıq Azərbaycan-Ermənistan sərhədində yeni toqquşma təhlükəsi yaranarsa, İran Ordusunun təcili surətdə hələlik Ermənistanın nəzarətində olan Zəngəzur bölgəsinə köçürüləcəyi ilə bağlı ilkin razılığa gəliblər. İran təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müəyyən hissəsi artıq tacir, sürücü, turist adı altında bölgəyə göndərilib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
