Pleyeri seçin:
İran Prezidenti Məsud Pezeşkianın Bakıda rəsmi qarşılanma mərasimi oldu
Azərbaycanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib. İran və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla məhdud tərkibdə görüşü baş tutub.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - Baku TV
- İlham Əliyevin Kambocanın Baş naziri ilə görüşü barədə detallar - Baku TV
- Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlardan danışıb - Baku TV
- Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV
- Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV
