Pleyeri seçin:

İran və Türkiyənin yaxınlaşmağını istəyən amerikalı

08 sentyabr 2023 116 baxış

"Türkiyə və İran ortaq maraq kəsb edən məsələlərdə dil tapsa və əməkdaşlıq etsə, Yaxın Şərq bundan faydalanacaq. Üstəlik, bu, Cənubi Qafqaz regionuna da yaxşı təsir göstərəcək".

Bunu Report-a açıqlamasında Oksford Universitetinin baş elmi işçisi, Amerika-İran Şurasının prezidenti Huşan Əmirəhmədi deyib.

Onun sözlərinə görə, İran və Türkiyə Yaxın Şərq regionunda ən önəmli iki faktordur. Onlar liderlik ambisiyaları olan böyük, tarixi əhəmiyyətli dövlətlərdir: "Ərəb dünyası, kürdlər, İsrail, Pakistan və Əfqanıstan kimi məsələlərdə Türkiyə və İran arasında mürəkkəb münasibətləri müsbət istiqamətə yönəltmək xüsusilə xarici qüvvələrin, o cümlədən ABŞ və Rusiyanın müdaxiləsi nəticəsində çox vaxt çətin olub".

Bununla belə, professorun sözlərinə görə, iki ölkə böyük dövlətlərin intriqalarına baxmayaraq, münasibətlərdəki gərginliyi azaltmaq üçün hər cür səy göstərir.

Politoloq Cənubi Qafqazda regional təhlükəsizlik baxımından Türkiyə ilə İran arasında ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini də vurğulayıb:

"Mən region ölkələri arasında istənilən əməkdaşlıq sxemini dəstəkləyirəm. Məsələn, Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında ticarət və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdə tutan “3+3” formatını. Amma Azərbaycanla Ermənistan, eləcə də Rusiya ilə Gürcüstan arasında mövcud olan böyük problemləri nəzərə alsaq, bu formatı həyata keçirmək çox çətindir. Buraya İranla Azərbaycan arasında təhlükəsizlik məsələləri də daxildir".

H.Əmirəhmədi qeyd edib ki, tərəflər kompromis yol tapa bilsələr, bu sxem, şübhəsiz ki, bütün maraqlı tərəflərin mənafeyinə xidmət edəcək, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərdə gərginliyin azalmasına yardım göstərəcək.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 116 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 116 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 116 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 116 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 116 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 116 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 116 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 116 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 116 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 116 baxış
Seçilmişlər
icon