Pleyeri seçin:

İranlı müşavirdən Bakıya qarşı şok çağırış | Pakistanlı nazirə görün nə dedi

15 iyul 2025 570 baxış

“Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan islam dünyasının xeyrinə olmayan hərəkətlər edir”.

Bunu İran rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə deyib.

“Azərbaycan Əhməd əş-Şaraa və sionist rejimin nümayəndələrinin görüşünü təşkil edir, İsrailin fələstinlilərə qarşı cinayətləri ilə eyni vaxtda İsrailə neft göndərir”, ‒ o, Azərbaycan Respublikası barədə ənənəvi iddialarını təkrar edib.

Vilayəti buna görə Pakistanı Azərbaycan Respublikasından hesabat istəməyə dəvət edib: “Siz onlardan müsəlmanların və islam dünyasının mənafeyinə zidd olan hərəkətləri niyə etdikləri barədə soruşmalısınız”.

Qeyd edək ki, uzun illər İran xarici işlər naziri olan Əli Əkbər Vilayəti Azərbaycana qarşı xüsusi mövqeyi ilə seçilib və İranda “qatı antitürk şəxs” hesab edilir. 90-cı illərdə Azərbaycan torpaqlarının işğal olunmasında və Ermənistanın iqtisadi-siyasi baxımdan ayaqda qalmasında xüsusi rol oynayan Vilayəti 2020-ci ildən sonra Qarabağın işğaldan azad edilməsinə görə Azərbaycanı təbrik etsə də, Zəngəzur dəhlizinin açılmasına qarşı ən kəskin çıxış edənlərdəndir.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 570 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 570 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 570 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 570 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 570 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 570 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 570 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 570 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 570 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 570 baxış
Seçilmişlər
icon