İrəvan-KTMT gərginliyi artır
Yeniliklərdən dərhal xəbərdar olun
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyinin səlahiyyətlərinə təşkilata üzv ölkələrin bəyanatlarını şərh etmək daxil deyil”.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib. O bildirib ki, bir müddət əvvəl rəsmi İrəvan KTMT-ni öz qərarı barədə məlumatlandırıb.
"Katibliyin vəzifələri təşkilatın nizamnaməsində və digər sənədlərdə aydın şəkildə göstərilib” deyən XİN sözçüsü əlavə edib ki, katiblik təşkilatın orqanlarının fəaliyyətinə təşkilati, informasiya, analitik və məsləhət dəstəyini həyata keçirən işçi orqandır.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi bu il KTMT-nin təlimlərinə ev sahibliyi etməyəcək.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
