İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan sülh və sabitlik tərəfdarı olduğunu yalnız sözdə yox, həm də əməldə göstərir.
Prezident İlham Əliyev də dəfələrlə Ermənistan cəmiyyəti və beynəlxalq ictimaiyyətə sülh danışıqları istiqamətində göstərdiyimiz səyləri çatdırıb. Ancaq rəsmi İrəvandan hələ də bunun əksini müşahidə edirik. Halbuki bu, həm Ermənistan, həm də region üçün ən uğursuz seçimdir.
Təbii ki, Ermənistan sərhədlərin delimitasiyası üzrə Azərbaycanın şərtləri ilə razılaşmasa, Bakı da adekvat mövqe sərgiləyəcək. Çünki İrəvanın bu qeyri-konstruktiv davranışı prosesin sürətlənməsinə və kövrək sülhün ilkin addımlarına xələl gətirir. Yəni Ermənistan başa düşməlidir ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.
Bir sözlə, Ermənistan üzərinə düşən öhdəliklərə riayət etmək məcburiyyətindədir. Əks təqdirdə, bu, onların özü üçün mənfi tendensiyalara yol açacaq.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
