Pleyeri seçin:

İrəvana qayıdan azərbaycanlılar bu məhəllədə məskunlaşacaq - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

08 mart 2024 661 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“İrəvana qayıdan azərbaycanlılar bu məhəllədə məskunlaşacaq” adlı süjetdə İrəvanın Təpəbaşı ərazisinin (Kond rayonu) azərbaycanlıların yaşaması üçün tamamilə boşaldıldığı, İrəvan meri Tiqran Avinyanın bununla bağlı açıqlamasının Ermənistanda ciddi müzakirələr yaratdığı bildirilib.

Qeyd olunub ki, T.Avinyanın sözlərinə görə, gələcəkdə yeni şəhərsalma layihəsini həyata keçirmək üçün Kond rayonu tam olaraq satılacaq:

“Burada mövcud olan evlərin sənədləri yoxdur, özəlləşdirmə buna görə həyata keçiriləcək”.

Diqqətə çatdırılıb ki, bu, erməni ictimai rəyində “İrəvanın mərkəzində azərbaycanlı icması formalaşdırılır” fikirlərinin ortaya çıxmasına zəmin yaradıb:

“Ermənistan hakimiyyətinin məqsədi Təpəbaşı məhəlləsini dağıtmaq və yerində müasir memarlıq qurmaq, bununla da İrəvan şəhərinin tarixinin üzərini tamamilə torpaqlamaqdır. Lakin erməni ictimaiyyəti buna inanmır və hesab edirlər ki, Təpəbaşından ermənilər çıxarılacaq, azərbaycanlı icması burada yaşayacaq. Bu, Azərbaycanın beynəlxalq təşkilatlara müraciəti və apardığı siyasətin nəticəsində baş verəcək.

Ermənistanın ictimai rəyində müxtəlif iddiaların peyda olması, son olaraq da Təpəbaşı məhəlləsi ilə bağlı “İrəvanda azərbaycanlı icması olacaq” fikirlərinin səslənməsi də Azərbaycanın geri çəkilmədiyi gündəliyindən qaynaqlanır”.

Süjetdə “origer.news” saytının “İlham Əliyevin daha bir tələbi: İrəvanın mərkəzində azərbaycanlı icması” sərlövhəli məqaləsinə də yer verilir. Erməni müəllif David Quyumciyan İrəvan şəhərinin Təpəbaşı məhəlləsi ətrafında baş verənləri bunun real nümunəsi adlandırır.

O, 2022-ci ildə Təpəbaşı məhələsi ilə bağlı UNESCO-ya ünvanlanan müraciəti xatırladır və yazır ki, İrəvan meri Tiqran Avinyanın Kond rayonunun tamamilə satılacağı barədə dedikləri bu kontekstdə şübhəlidir.

Kondun satılması Azərbaycanın daha bir tələbinin yerinə yetirilməsi ilə nəticələnəcək. Kondun yenidən qurulması adı altında azərbaycanlıların bura köçürülməsi və azərbaycanlı icmasının formalaşması mümkün ssenarilərdəndir”.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 661 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 661 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 661 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 661 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 661 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 661 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 661 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 661 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 661 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 661 baxış
Seçilmişlər
icon