Ermənistanda daha bir biabırçılıq | Dəhşətli görüntülər yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda İrəvan Ağsaqqallar Şurasının iclasında nəqliyyat tariflərinin müzakirəsi zamanı məmurlar arasında əlbəyaxa dava düşüb.
Bu barədə ölkə mətbuatında məlumat verilib.
Ölkə mediasında hadisənin baş verdiyi zaman kameralara yansıyan görüntülər paylaşılıb.
Məlumata görə, İrəvan Ağsaqqallar Şurasının iclası zamanı bir-birinə müxalif olan deputatlar arasında başlayan mübahisə əlbəyaxa dava ilə nəticələnib.
Nəticədə İrəvan meri Tiqran Avinyan polis çağırmağa məcbur olub. Hətta polisin müdaxiləsi də dava iştirakçılarını sakitləşdirməyib.
Bu zaman T.Avinyan dava iştirakçılarını iclas zalını tərk etməyə çağırıb və "Ana Ermənistan" müxalifət fraksiyasının nümayəndəsi Samvel Akopyanı görüşdə iştirak etmək imkanından məhrum edib.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
