İrəvandan Bakı barədə sərt xəbərdarlıq | Fransız məmurlar aranı qatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Fransadakı səfirliyi bu ölkənin məmurlarına Qarabağla bağlı xəbərdarlıq edib.
Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.
Qəzet yazır ki, səfirlik Qarabağ ermənilərinin dərhal Azərbaycana geri qaytarılmasını rəsmi görüşlərdə tələb edən fransız məmurlardan bu mövqelərindən əl çəkmələrini xahiş edib. Erməni diplomatlar fransızlara çatdırıblar ki, belə bəyanatlar sülh müqaviləsinin imzalanma prosesinə ciddi maneə yaradır.
Həmçinin bildirilir ki, Qarabağ ermənilərinin geri qaytarılması böyük güclərin artıq gündəmində deyil. Onun gündəmə gəlməsinin isə Ermənistan hakimiyyətinin bu məsələni dövlət siyasətinin bir parçası edəcəyi halda mümkün ola biləcəyi vurğulanıb. Lakin Ermənistan hakimiyyəti hələlik bunda maraqlı deyil.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
