İrəvanın daha bir iddiası yalan çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan tərəfindən qaldırılan ikinci vəsatət guya Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsində yaşayan və Azərbaycan vətəndaşlığı olan erməni əsilli şəxslərin bu və ya digər ehtiyaclarının ödənilməməsi ilə bağlı konkret olaraq həmin ərazinin təbii qazla, elektrik enerjisi ilə təchizatı, sonradan hətta fiberoptik internet təchizatı ilə bağlı qəsdən, qərəzli şəkildə hansısa müdaxilələrin edilməsi və bununla da həmin ərazilərdə yaşayan əhalinin hüquqlarının pozulması ilə bağlıdır".
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair keçirdiyi brifinqdə bildirib.
O, Ermənistan tərəfinin bu iddiaları hələ 2021-ci ilin mart ayından mütəmadi olaraq məhkəmə qarşısında qaldırdığını diqqətə çatdırıb. Nazir müavini söyləyib ki, Azərbaycan tərəfi də bu məsələ ilə bağlı öz mövqeyini bildirib.
"Ermənistanın bu vəsatəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi dünən açıqladığı qərarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bununla bağlı məhkəmənin gəldiyi rəy və qənaət ondan ibarət olub ki, Azərbaycan tərəfi təbii qaz, elektrik enerjisi təchizatı və internet xidmətləri ilə bağlı həmin bölgənin təchizatında heç bir müdaxilə etmir və bunun heç bir əsası yoxdur", - E.Məmmədov vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
