Pleyeri seçin:

İrəvanın ermənilərə güzəştə gedilməsinə Qərbi azərbaycanlı deputatlar etiraz edib

19 fevral 2024 276 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Türkiyədə yaşayan azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd olub.

O, doğulduğu, lakin uşaq yaşlarında tərk etmək məcburiyyətində qaldığı Qərbi Azərbaycanın Zəngibasar mahalı, İrəvan şəhəri barədə danışıb. Bildirib ki, yuxularında görür. Qeyd edib ki, insanın doğulduğu yerə gedə, oranı görə, babalarının məzarlarını ziyarət edə bilməməsi böyük faciədir.

Ailəsinin, qohumlarının bir neçə dəfə deportasiyaya məruz qaldığını xatırladan D.Əhməd söyləyib ki, öz el-obasından, ata-baba yurdundan didərgin salınan insanların bir çoxu Vətən həsrəti ilə dünyalarını dəyişiblər. Türkiyə arxivlərində çoxsaylı araşdırmalar aparan tarixçi vurğulayıb ki, vaxtilə erməni zülmündən canlarını qurtaran soydaşlarımız qardaş ölkəyə də pənah aparıblar.

Onun sözlərinə görə, Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var. Araşdırmaçı soydaşlarımızla həmsöhbət olduğunu, onlar haqqında maraqlı məlumatlar topladığını diqqətə çatdıraraq sadəcə Türkiyədə deyil, ümumən xarici ölkələrdə məskunlaşan qərbi azərbaycanlıların daim Vətən eşqi ilə yaşadıqlarını vurğulayıb.

O, ötən əsrin 1918-1920-ci illərində mövcud olan Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında irəvanlı ziyalıların xidmətlərindən də danışıb. Bildirib ki, müsəlman Şərqinin ilk Demokratik Respublikasının yaradılmasında Qərbi Azərbaycan ziyalılarının mühüm rolu olub.

Ötən əsrin əvvəlindəki ictimai-siyasi proseslərdən, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsindən söhbət açan tarixçi o dövrdə irəvanlı deputatların bu qərara etiraz etdiyini qeyd edib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 276 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 276 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 276 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 276 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 276 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 276 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 276 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 276 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 276 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 276 baxış
Seçilmişlər
icon