İtkin düşmüş şəxslərlə bağlı hansı qərar verildi? | Vacib razılığın detalları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəlib.
Bu barədə jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan məlumat verib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti əsir, girov və itkin düşmüş şəxslərlə bağlı Ermənistan və Azərbaycan komissiyalarının nümayəndələrinin iclas keçirdikləri barədə məlumat yayıb.
“Bəli, görüş baş tutub. Bu, ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri ilə bağlı məsələlər müzakirə olunub. Bu işin davam etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Görüşü müsbət qiymətləndirirəm. Mən vaxt çərçivəsini deməyəcəyəm, lakin birgə əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı ilkin razılıq var”, – deyə Abazyan bildirib.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
