Kazanda Paşinyandan sərhədlərin delimitasiyası ilə bağlı açıqlama
“Ermənistan parlamenti Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni ratifikasiya edib”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatında çıxışı zamanı deyib.
O qeyd edib ki, sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesi aktivləşdirilə bilər:
“Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb. Ermənistan Azərbaycana sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları vasitəsilə Naxçıvanla əlaqəni təmin etməyi təklif edib. Bir daha qeyd etmək istəyirəm ki, İrəvan öz ərazisindən beynəlxalq nəqliyyat kommunikasiyalarının və boru kəmərlərinin keçməsində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə hazırdır”.
#Ermənistan teqi istifadə olunub
- Vaşinqton maliyyəni ikiqat artırdı | Region üçün nə dəyişə bilər? - Baku TV CANLI
- Baş nazirin qərarı diqqət çəkdi | Simonyanın istədiyi vəzifələr niyə təsdiqlənmədi? - Baku TV
- Ermənistan Avropadan deportasiya edilənlər üçün saxlanma mərkəzinə çevrilir? - AKTUAL GÜNDƏM
- Müxalifət və kilsə Paşinyanı dayandıra biləcək? | Yeni hökumətdən gözləntilər - Baku TV CANLI
- Hikmət Hacıyev “Haber Global”a mühüm açıqlamalar verdi - Baku TV
