Pleyeri seçin:
Kreml Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşəcəyini təsdiqləyib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib.
Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib. O qeyd edib ki, görüş gələn həftə keçirilə bilər.
“Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də Baş nazir Nikol Paşinyan Moskvada olacaq. Mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”, – deyə D.Peskov bildirib.
Kopyalandı
#Dmitri Peskov teqi istifadə olunub
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
- Üçgünlük atəşkəs təşəbbüsü yeni danışıqlar üçün imkan yarada bilər? - Baku TV
- Putin-Tramp-Zelenski arasında üçtərəfli görüş keçiriləcək? - Baku TV
