Pleyeri seçin:
KTMT-dən sülh müqaviləsi ilə bağlı açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”.
Bunu Təşkilatın Baş katibi İmanqali Tasmaqambetov KTMT Parlament Assambleyası Şurasının iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələrin müntəzəm aparıldığını və bu yaxınlarda Avropada iki ölkə arasındakı sülh danışıqlarının növbəti mərhələsinin baş tutduğunu vurğulayıb.
“Həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Almatı Bəyannaməsi əsasında təsdiq edilmiş sərhədləri praktiki olaraq tanıyır”, – deyə KTMT-nin Baş katibi əlavə edib.
Kopyalandı
#Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı teqi istifadə olunub
- Ermənistan bu təşkilatla yollarını ayırır? | İrəvanın taleyi necə olacaq? - Baku TV CANLI
- KTMT İrəvandan gələcək iştirakı ilə bağlı yekun qərar verməsini istəyir - Baku TV CANLI
- İrəvanın riskli oyunu, KTMT-nin qərarı: Moskva-İrəvan arasında körpülər tam yandırılır? - Baku TV
- İrəvan Moskva xəttindən ayrılır? | KTMT-nin Baş katibindən açıqlama - Baku TV CANLI
- Ermənistan KTMT-ni tərk edir? | Paşinyandan diqqətçəkən mesaj gəldi - 24 SAAT
