Lənkəranda “Könüllülərin ekoloji düşərgəsi” layihəsinin açılış mərasimi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda “Könüllülərin ekoloji düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub.
30-dan çox Azərbaycan və Özbəkistan könüllüsünü əhatə edən sosial təşəbbüs ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində reallaşıb.
Məqsəd gənclərin diqqətini iqlim dəyişikliyinin təsirinə və həllinə cəlb etmək, bilik və bacarıqların gücləndirilməsinə təşviq etməkdir. Eləcə də könüllülük sahəsi üzrə ölkələrarası əməkdaşlığı daha da inkişaf etdirmək, ətraf mühitin qorunması istiqamətində atılan addımlarda gənclərin iştirakını artırmaq əsas hədəflərdir.
“ASAN könüllüləri” təşkilatının sədri Anar Musayev bildirib ki, layihə çərçivəsində gənclər üçün müxtəlif ekoloji istiqamətlərdə panel görüşlər, ekoloji aksiyalar və mütəxəssislər tərəfindən təlimlər həyata keçiriləcək:
“Qeyd etmək istəyərdim ki, layihənin əsas məqsədi gənclərin ətraf mühitin qorunmasında və iqlim dəyişikliyi ilə mübarizədə iştiraklarının artırılması, ölkələrarası könüllülük sahəsində əlaqələrin daha da genişləndirilməsidir”.
Düşərgənin ilk 2 günü “Türk dünyasının gənclər paytaxtı” Lənkəran şəhərində, sonuncu günü isə COP29 ərazisində – Yaşıl Zonada baş tutacaq.
Qeyd edək ki, “ASAN könüllüləri” ictimaiyyətin diqqətini ekoloji tarazlığın bərpasına, yaşıllıqların və ətraf mühitin qorunmasına yönəltmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə “Yaşıl ASAN” ekoloji proqramı vasitəsilə bu günədək 400 layihə, 100-dən çox ağacəkmə və təmizlik aksiyası həyata keçirilib.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
