Liderlər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fotosərgidə
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.
Dövlət başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən ümummilli liderə ehtiramın ifadəsi olan bu sərgi ulu öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.
Sərgidə ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb.
Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində ulu öndər Heydər Əliyevin Gürcüstanın sabiq prezidenti Edurad Şevarnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
