Liderlərin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalandı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında “Birgə İnkişaf Sazişi” imzalanıb.
Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğulayıb, bunun əməkdaşlığımızın möhkəmlənməsi işinə verdiyi töhfəyə toxunub.
Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğulayıb ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub.
COP29-un əhəmiyyətinə toxunan Bolqarıstan Prezidenti bu tədbirin mükəmməl səviyyədə təşkil olunduğunu vurğulayıb. Qeyd edib ki, burada əldə edilən nəticələr gələcək üçün böyük əhəmiyyət daşıyacaq. Rumen Radev ikitərəfli münasibətlərimizin inkişaf etdiyini məmnunluqla vurğulayıb.
Görüşdə bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq layihələri müzakirə olunub, COP29 çərçivəsində beynəlxalq maliyyə və bank təşkilatlarının yeni maliyyə hədəfi ilə bağlı verdiyi açıqlamaların ciddi ümidlər vəd etdiyi bildirilib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
